AKSUNGUR milli mühərriki ilə 41 saatlıq uçuşunu uğurla tamamlayıb

AKSUNGUR milli mühərriki ilə 41 saatlıq uçuşunu uğurla tamamlayıb

Bakı. TurkicWorld:

TUSAŞ-ın yerli və milli imkanlarla istehsal etdiyi AKSUNGUR PUA, milli mühərriki ilə 41 saatlıq uçuşunu uğurla tamamlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) öz rəsmi sosial media hesabında paylaşım edib.

"AKSUNGUR PUA, TEI-PD170 milli mühərriki ilə 41 saatlıq uğurlu uçuş həyata keçirib",- deyə məlumatda bildirilib.

Eyni zamanda paylaşımda, AKSUNGUR PUA-nın uçuşundan hissələr də yer alıb.

AKSUNGUR PUA-nın Texniki Xüsusiyyətləri aşağıdakı kimidir:

Qanad genişliyi: 24 metr
Üfüqi uzunluq: 11,6 metr
Efir vaxtı: 50+ saat
Faydalı yükləmə qabiliyyəti: 750+ kq
Bağlantı məsafəsi: 250+ km
Mühərrik: 2×170 at gücü
Maksimum hündürlük: 40.000 fut
Maksimal uçuş çəkisi (MTOW): 3300 kq
Mühərrik növü: PD-170 Twin Turbo Diesel

Aytac Süleymanova

Twitter: a_alieva_