ABŞ dövlət katibi və Hakan Fidan İstanbulda görüşüb

ABŞ dövlət katibi və Hakan Fidan İstanbulda görüşüb

Bakı. TurkicWorld:

ABŞ-nin dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, görüş KİV üçün qapalı şəraitdə keçirilib.

Qeyd edək ki, Antoni Blinken yanvarın 5-də Türkiyəyə səfər edib. Yanvarın 6-da onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağı gözlənilir.

Diplomatik mənbələrin məlumatına görə, danışıqlarda Qəzza zolağındakı vəziyyət, İsveçin NATO-ya üzvlük məsələsi, ABŞ tərəfindən Ankaraya "F-16" qırıcılarının satışı, Türkiyə-Yunanıstan münasibətlərinin normallaşması, Türkiyə-ABŞ əlaqələri, eləcə də Ərdoğanın ABŞ-yə gözlənilən səfəri müzakirə olunacaq.