Kipr türklərinin haqlarını bütün dünyaya çatdıracağıq - Altun

Kipr türklərinin haqlarını bütün dünyaya çatdıracağıq - Altun

Bakı. TurkicWorld:

Kipr türklərinin haqlarını bütün dünyaya çatdıracağıq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

O Ankara İncəsənət Qalereyası və Hərrac Evində Ankara Kültür, İncəsənət və Sivilizasiya Dərnəyinin, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin dəstəyi ilə təşkil etdiyi “Kipr Faktları” sərgisini ziyarət edib.

Proqrama Şimali Kipr Tür Respublikasının (KKTC) prezidenti Ersin Tatar da qatılıb.

"Kiprli türklərə qarşı etnik təmizləmə və təcrid cəhdlərini unutmuruq və onların unutmaması üçün əlimizdən gələni edəcəyik. Kipr Sülh Əməliyyatının 50-ci ildönümündə də, Kipr Sülh Əməliyyatının haqlı yanlarını dünyaya çatdırmağa davam edəcəyik.” – deyə Altun bildirib.

O, Kipr həqiqətlərini bütün dünyaya və beynəlxalq ictimaiyyətə çatdıracaqlarını bildirib.

Hafiz Rufizoğlu