Bakı. TurkicWorld:
Türkiyə Neft Anonim Şirkətinin (TPAO) Diyarbəkirdə üç yatağının müsadirə edilməsinə qərar verilib.
TurkicWorld-un məlumatına görə, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsinin (MAPEG) müsadirə ilə bağlı qərarları "Resmi Gazete"nin bugünkü sayında dərc olunub.
Müvafiq olaraq, TPAO-nun müraciətini qiymətləndirən MAPEG, Diyarbəkirdəki üç yataqda neft prosesi üçün zəruri olan və özgəninkiləşdirilməsi ictimai maraqlara uyğun olan, neft tələbi səbəbindən müqavilə ilə satın alına bilməyən quyuların yerləşdiyi əraziləri müəyyənləşdirib və enerji nəqli xətti, neft kəməri üçün lazım olan bağlamaların müsadirə edilməsinə qərar verilib.
Bu kontekstdə ikisi TPAO-ya, biri isə TPAO və N.V Türkse Perenco şirkətinə məxsus sahələr müsadirə olunacaq.
Aytac Süleymanova
Twitter: a_alieva_




