Son dəqiqə

Türkiyənin Ədliyyə Nazirliyi

DEM Partiyasının qurultayında baş vermiş hadisə ilə bağlı araşdırma başladılıb – Yılmaz Tunç

Bakı. TurkicWorld:

DEM Partiyasının qurultayında baş vermiş hadisə ilə bağlı araşdırma başladılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunç sosial media hesabından verdiyi açıqlamada bildirib.

“Demokrasi ve Eşitlik Partiyasının Diyarbəkirdə təşkil etdiyi toplantı ilə bağlı “cinayəti və cinayətkarları tərifləmək” və “terror təşkilatı təbliğatı aparmaq” cinayətlərində şübhəli bilinən şəxslər barəsində Diyarbəkir Respublika Prokurorluğu tərəfindən lazımi məhkəmə istintaqı aparılıb” – deyə açıqlamada qeyd olunub.

Tunç bildirib ki, bəzi şübhəlilər barəsində də həbslər edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər