Son dəqiqə

Türkiyə tender Türkiyədə tender Türkiyənin Ədliyyə Nazirliyi 2025 tender elanları

Türkiyədə Yeni Ədliyyə Binası İnşa Olunacaq

BAKI,TurkicWorld , Fərid Mikayılov

Türkiyə Ədliyyə Nazirliyi Dəstək Xidmətləri İdarəsi Karabükdə yeni ədliyyə binasının inşası üçün tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən etibarən 600 gün təşkil edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 22 sentyabr 2025-ci il tarixinə qədər "Vekaletler Caddesi No:6 Kızılay/Ankara Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

Mövzuya görə xəbərlər