Türkiyənin birliyini və həmrəyliyini heç bir xain hücum sarsıda bilməz - Altun

Türkiyənin birliyini və həmrəyliyini heç bir xain hücum sarsıda bilməz - Altun

Bakı. TurkicWorld:

Türkiyənin birliyini və həmrəyliyini heç bir xain hücum sarsıda bilməz.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

Altun “Pençe-Kilit” əməliyyatı bölgəsində terrorçularla qarşıdurmada şəhid olan əsgərlərə başsağlığı verib.

“Unudulmamalıdır ki, heç bir xain hücum Türkiyənin birliyini və həmrəyliyini sarsıda bilməyəcək, terrorçuların və onları himayə edənlərin planları ölkəmizin iradə və əzmini aşmayacaq.” – deyə o bildirib.

Altun qeyd edib ki, Türkiyə sərhədləri daxilində və xaricində hər cür terrorla mübarizəni davam etdirəcək.

Hafiz Rufizoğlu