Bakı. TurkicWorld:
2025-ci il Türkiyə-Macarıstan Elm və İnnovasiya İli kimi qeyd ediləcək.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Səfər çərçivəsində Türkiyə-Macarıstan Mədəniyyət ilinin Prezident Katalin Novak və Baş nazir Viktor Orbanla açılışını etdik. Ölkələrimiz və xalqlarımız arasında köklü dostluq bağlarını 2024-cü il ərzində keçiriləcək mədəniyyət ili tədbirləri ilə daha da gücləndirəcəyik. 2025-ci ili də Türkiyə-Macarıstan Elm və İnnovasiya İli kimi qeyd edəcəyik. Elm və texnologiya sahəsində atacağımız birgə addımlarla ölkələrimiz üçün yeni imkanlar yaranacaq", - deyə o əlvaə edib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18 dekabr tarixində Macarıstana rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyə və Macarıstan arasında prioritet strateji tərəfdaşlıq sazişi imzalanıb.