Türkiyə və Macarıstan ortaq müdafiə sənayesi müəssisəsi yaradırlar

Türkiyə və Macarıstan ortaq müdafiə sənayesi müəssisəsi yaradırlar

Bakı. TurkicWorld:

Türk döyüş zirehli maşını Türkiyə-Macarıstan dostluğunu gücləndirəcək.

TurkicWorld-un məlumatına görə, Türkiyədə Ejder Yalçın 4X4 kimi tanınan taktiki təkərli zirehli maşını, Gidran adı ilə Macarıstanda istehsal etmək üçün Macarıstanın Raba Otomotiv şirkəti ilə Türkiyənin Nurol Makina şirkəti "ortaq müəssisənin yaradılması" üçün əməkdaşlıq müqaviləsi imzalayıb.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgünün də iştirak etdiyi görüşdə, Macarıstanın müdafiə naziri və Nurol Holding İdarə Heyətinin sədri arasında birgə müəssisə müqaviləsi imzalanıb.

Birgə müəssisə Raba, Nurol Makina, N7 Holdinq və Macarıstan Müdafiə Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcək.

Müqaviləyə əsasən, tərəflər Gidran adlı birgə müəssisə yaradacaqlar. İstehsal müəssisələri Rabanın Györdəki müəssisəsində yerləşəcək.

Bu obyektlərdə, Gidran 4X4 zirehli döyüş maşınlarının ən yüksək yerli əlavə dəyər və Macarıstan tədarükçüsü töhfəsi ilə Macarıstanda yığılması və istehsal qabiliyyətinin reallaşdırılması hədəflənir.

Əməkdaşlıq çərçivəsində, 200-dən çox insan üçün birbaşa iş imkanlarının yaradılması nəzərdə tutulur. Bundan əlavə, Rabanın tərəfdaşları arasında olan Györ Szechenyi Istvan Universiteti və Macarıstanın müdafiə sənayesi şirkətləri ilə unikal alt sistem və texnologiyaların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Türkiyədə istehsal olunan və Macarıstan ordusuna təhvil verilən bir çox Gidran avtomobilləri uğurla fəaliyyət göstərir.

Aytac Süleymanova

Twitter: a_alieva_