Afina Bəyannaməsi Türkiyə-Yunanıstan münasibətlərində yeni səhifə açacaq - Altun

Afina Bəyannaməsi Türkiyə-Yunanıstan münasibətlərində yeni səhifə açacaq - Altun

Bakı. TurkicWorld:

Afina Bəyannaməsi Türkiyə-Yunanıstan münasibətlərində yeni səhifə açacaq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

"İnanıram ki, biz dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi sayəsində münasibətlərimizdə yeni səhifə açmışıq. Düşünürəm ki, bu bəyannamə qarşılıqlı etimada əsaslanan və ölkələrimiz üçün faydalı olacaq bir çox əməkdaşlıq imkanları yaradacaq. Türkiyə Cümhuriyyəti olaraq Yunanıstanla ortaq tarixi və oxşar mədəniyyəti paylaşırıq. Biz, yaxın qonşularımızla öhdəsindən gələ bilməyəcəyimiz heç bir problemimiz olmadığına inanırıq",- deyə Altun bildirib.

Fahrettin Altun vurğulayıb ki, Türkiyə ilə Yunanıstan arasında iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, səhiyyə, texnologiya və təhsil kimi bir çox sahədə ikitərəfli əməkdaşlığın artırılması üçün çoxlu imkanlar görürük.

Qeyd edək ki, 7 dekabr tarixində Türkiyə ilə Yunanıstan arasında mehriban qonşuluq münasibətlərinə dair Afina Bəyannaməsi imzalanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_