ARMA 8x8 Türkiyə Ordusunun inventarına daxil edilib (ÖZƏL)

ARMA 8x8 Türkiyə Ordusunun inventarına daxil edilib (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Otokar şirkəti tərəfindən istehsal edilən ARMA çoxtəkərli avtomobillərinin 8x8 versiyası Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Məlumata əsasən, ARMA 8x8 Türkiyədə ilk dəfə ASELSAN YENER layihəsi ilə Quru Qoşunları Komandanlığında xidmət edəcək.

ASELSAN YENER birləşdirildiyi zirehli maşının ön və yan hissəsindəki mexanizmlər tərəfindən istiqamətləndirilən radar və metal detektorları ilə mina və partlayıcı maddələrə qarşı tədbir görülməsini təmin edir. Yeni nəsil radar alqoritmləri sayəsində fərqli torpaq tiplərində belə müxtəlif tip və ölçülərdə təhlükələri aşkar edə bilən YENER, Türkiyə Silahlı Qüvvələrinə əhəmiyyətli töhfələr verəcək.

Qeyd edək ki, ARMA avtomobil ailəsi 2006-cı ildə hazırlanıb və 2015-ci ildə ilk dəfə ixrac edilib. Zaman keçdikcə avtomobillərin istifadəsi geniş yayılsa da, Birləşmiş Ərəb Əmirliklərinə 400 ədəd 8x8 avtomobil satışı bu sahədə ən mühüm ixrac uğurlarından biri idi.

Yüksək səviyyədə ballistik və mina mühafizəsini təmin edən, gövdə quruluşu və müxtəlif növ missiya avadanlığı və ya silah sistemlərinin inteqrasiyasına imkan verən modul quruluşu ilə seçilən ARMA 8x8, müasir döyüş meydanında ordunun ehtiyaclarını ən yaxşı şəkildə qarşılayır.

X: Lamanasadli01