Bakı. TurkicWorld:
Biz Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəkləyirik.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı deyib.
"Biz Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında normallaşma prosesini və sülh danışıqlarını dəstəkləyirik və bunun reallaşması üçün hər cür səy göstərdiyimizi söylədik. Bölgədə normallaşma, bölgənin xeyrinədir. Biz bunun baş verəcəyini düşünürük",- deyə nazir bildirib.
Qeyd edək ki, dünən Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, ABŞ tərəfinin tələbi ilə Blinkenlə ikitərəfli görüş keçirib.
Aytac Süleymanova
Twitter: a_alieva_







