Hakan Fidan Kanadaya rəsmi səfər edəcək - Ərdoğan

Hakan Fidan Kanadaya rəsmi səfər edəcək - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Kanadaya rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Xarici İşlər nazirimiz Hakan Fidan, yeddi nəfərlik əlaqə qrupu ilə ABŞ-dan sonra Kanadaya rəsmi səfər edəcək. Səfər zamanı Qəzza ilə bağlı danışıqlar aparılacaq",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Qəzza ilə bağlı danışıqlar aparmaq üçün bu gün ABŞ-a rəsmi səfər edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

.