Son dəqiqə

Türkiyə Yunanıstan Rəcəb Tayyib Ərdoğan Kiryakos Miçotakis

Kipr məsələsinin qalıcı həlli bölgənin xeyrinə olacaq – Ərdoğan

Bakı. TurkicWorld:

Kipr məsələsinin qalıcı həlli bölgənin xeyrinə olacaq .

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan baş naziri Kiryakos Miçotakislə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

"Görüş zamanı Yunanıstan Baş naziri ilə terrorizmlə mübarizədə əməkdaşlığımızı necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Xüsusilə, Lavrion düşərgəsinin boşaldılmasını müsbət qarşıladığımızı bildirdik. Yunanıstandakı etnik türklər və ölkəmizdəki etnik yunanlar mədəni zənginliyimizin təməl daşıdır. Azlıqların sülh və rifahının yüksəldilməsi əlaqələrimizə müsbət təsir göstərəcək. Qərbi Trakya türk azlığının vəziyyətində beynəlxalq hüququn tələb etdiyi irəliləyişlərə dair gözləntilərimizi bir daha vurğuladım", - deyə o əlavə edib.

Qeyd edək ki, bu ilin iyul ayında Yunanıstanın paytaxtı Afina yaxınlığında yerləşən və Türkiyənin "terror yuvası" olaraq gördüyü Lavrion düşərgəsinin boşaldıldığı açıqlanıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər