Son dəqiqə

Türkiyə Yunanıstan Rəcəb Tayyib Ərdoğan Kiryakos Miçotakis

Türkiyə vətəndaşları Yunan adalarına 7 gün ərzində vizasız səyahət edəcək

Bakı. TurkicWorld:

Türkiyə vətəndaşları Yunanıstanın 10 adasında 7 gün ərzində vizasız səyahət edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Yunanıstan Baş naziri Kiryakos Miçotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

"Görüş zamanı viza məsələsində daha sıx əməkdaşlıq məsələlərini müzakirə etdik. Hesab edirəm ki, aramızda olan düşmənçilik münasibətləri sona çatıb. İki qonşu ölkə birlikdə hərəkət etməlidir. Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları bizim üçün çox vacibdir. Kiprlə bağlı inkişaflar bu istiqamətdə olmalıdır", - deyə Miçotakis əlavə edib.

Qeyd edək ki, prezident Ərdoğan bu gün Yunanıstan Baş naziri Kiryakos Miçotakisinin dəvəti ilə Yunanıstana səfər edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər