Bakı. TurkicWorld:
Qəzzada daimi atəşkəsi təmin etmək hər birimizin borcu olmalıdır.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan baş naziri Kiryakos Miçotakislə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.
"Görüş zamanı Fələstindəki, xüsusilə Qəzzadakı faciəni müzakirə etdik. Əksəriyyəti uşaq və qadınlar olmaqla 17 min fələstinlinin qətli qəbuledilməzdir. Humanitar yardım bizim prioritetimiz olmalıdır. Bir daha gördük ki, 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması qaçılmazdır. Türkiyə qarant kimi məsuliyyəti öz üzərinə götürməyə hazırdır", - deyə o əlavə edib.
R.T.Ərdoğan onu da vurğulayıb ki, Türkiyə və Yunanıstan atacağı addımlarla bütün dünyaya nümunə olmaq istəyir.
Qeyd edək ki, prezident Ərdoğan bu gün Yunanıstan Baş naziri Kiryakos Miçotakisinin dəvəti ilə Yunanıstana səfər edib.