TBMM türk mədəniyyətinin təbliği üçün hər cür dəstəyi verməyə hazırdır – Kurtulmuş

TBMM türk mədəniyyətinin təbliği üçün hər cür dəstəyi verməyə hazırdır – Kurtulmuş

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raevi və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

TurkicWorld xəbər verir ki, TÜRKSOY-un baş katibi Raev Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuşa qurumun fəaliyyəti barədə məlumat verib.

“TBMM türk mədəniyyətinin təbliği üçün hər cür dəstəyi verməyə hazırdır”, – deyə N.Kurtulmuş qeyd edib.

Bundan əlavə, qəbulda TÜRKSOY-un baş katibinin müavini Sayit Yusuf da iştirak edib.

X: Lamanasadli01