Hakan Fidan BMT TŞ-nin sədri ilə görüşüb

Hakan Fidan BMT TŞ-nin sədri ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Xarici işlər naziri Hakan Fidan, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının yaratdığı Təmas Qrupuna üzv ölkələrin xarici işlər nazirləri Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) sədri Vanq Yi ilə görüşüblər.

TurkicWorld-un məlumatına görə, Hakan Fidan Təmas Qrupu üzvlərinin xarici işlər nazirləri və BMT Təhlükəsizlik Şurasının sədri, eyni zamanda Çinin xarici işlər naziri Vanqla görüşüb.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, İsrail-Fələstin münaqişəsinin dayandırılması və daimi sülhün təmin edilməsi məqsədilə danışıqlar aparmaq üçün Nyu Yorka gedib.

Aytac Süleymanova

Twitter: a_alieva_