Türkiyə və Özbəkistan əlaqələri kommunikasiya sahəsində də dərinləşməyə davam edəcək - Altun

Türkiyə və Özbəkistan əlaqələri kommunikasiya sahəsində də dərinləşməyə davam edəcək - Altun

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Özbəkistan Respublikası Prezidentinin İnformasiya Siyasəti üzrə Direktoru Komil Allamjonov və mətbuat katibi Şerzod Asadov ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə F.Altun öz rəsmi X sosial media hesabında bildirib.

Məlumata əsasən, görüş zamanı Türkiyə ilə Özbəkistan arasında rabitə, media və informasiya sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

“Türkiyə və Özbəkistan əlaqələri hər sahədə olduğu kimi kommunikasiya və media sahəsində də güclü və keyfiyyətli əməkdaşlıqlarla dərinləşməyə davam edəcək”, - deyə Altun qeyd edib.

X: Lamanasadli01