Bakı. TurkicWorld:
Başverənləri işıqlandıran jurnalistlərin hədəf alınması qəbul edilməzdir.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
“Günlərdir beynəlxalq hüquqa məhəl qoymayan və Qəzzada baş verənləri dünyaya çatdıran jurnalistləri qətlə yetirən İsrail qeyri-qanuni üsullardan istifadə etməyə davam edir. İsrail günahsız Fələstin xalqına, jurnalistlərə, tibb işçilərinə və yardım işçilərinə qarşı hücumlarını dərhal dayandırmalı və beynəlxalq hüquqa əməl etməlidir.” – deyə Fahrettin Altun bildirib.
O qeyd edib ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi hücuma məruz qalan jurnalistlərin vəziyyətini yaxından izləyir.
Hafiz Rufizoğlu