Bakı. TurkicWorld:
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarla Rusiya baş nazirinin müavini Aleksandr Novak arasında Rusiya-Türkiyə Qarışıq İqtisadi Komissiyasının növbəti iclası çərçivəsində görüş keçirilib.
TurkicWorld xəbər verir ki, tərəflər iclas zamanı enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Məlumata əsasən, Akkuyu Atom Elektrik Stansiyası və Türkiyədə yaradılması planlaşdırılan təbii qaz mərkəzi də müzakirə edilən məsələlər arasında olub.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4 sentyabr tarixində Rusiyaya rəsmi səfər edib. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Məlumat üçün bildirək ki, Türkiyə prezidenti vurğulayıb ki, təbii qaz mərkəzi yaratmaq planımız var. Bu planı Rusiya ilə müzakirə edəcəyik. Biz bu mərkəzi təkcə təbii qaz üçün deyil, həm də enerji və mədən üçün planlaşdırırıq, geniş hədəfləri olan bir mərkəz yaratmaq istəyirik. Bu mərkəzi Ataşehirdəki Maliyyə Mərkəzimizin bir blokunda qura bilərik.