40 min fermerin dəstəklənməsi çox böyük təşəbbüsdür – Mehmet Şimşek

40 min fermerin dəstəklənməsi çox böyük təşəbbüsdür – Mehmet Şimşek

Bakı. TurkicWorld:

40 min fermerin dəstəklənməsi çox böyük təşəbbüsdür.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Maliyyə və Xəzinə naziri Mehmet Şimşek Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu ilə iştirak etdiyi fermerlər üçün təşkil edilən dizel yanacağı paylanması və sertifikatlı Türközü toxum paylama mərasimində deyib.

O qeyd edib ki, Qaziantepdəki layihələrin tamamlanma müddəti Türkiyənin inkişafının bir nümunəsidir.

“AK Partiyadan əvvəl hökumətlərin 10-15 ildə tamamlaya bilmədiyi layihələr indi 8-9 ay kimi qısa müddətdə tamamlanır. Qaziantep bələdiyyə sədrləri Ankarada, yəni hökumət səviyyəsində proqramlarla yarışır. 40 min fermerin dəstəklənməsi çox böyük təşəbbüsdür.” – deyə Mehmet Şimşek deyib.

Xatırladaq ki, Abdulkadir Uraloğlu 2028-ci ildə Qaziantepə sürtəli qatarların gətirilməsini hədəflədiklərini bildirib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun