Son dəqiqə

Türkiyə Fələstin Bosniya və Herseqovina Hakan Fidan

Türkiyəyə həm bölgəyə, həm də Bosniya və Herseqovinaya verdiyi bütün töhfələrə görə təşəkkür edirəm - XİN rəhbəri

Bakı. TurkicWorld:

Türkiyəyə həm bölgəyə, həm də Bosniya və Herseqovinaya verdiyi bütün töhfələrə görə təşəkkür edirəm.

TurkicWorld-un məlumatına görə, bu sözləri Bosniya və Herseqovinanın Xarici İşlər naziri Elməddin Konakoviç, Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Türkiyəni “dost və qardaş ölkə” kimi görürük. İki ölkə arasında ticarət həcmi inkişafa açıqdır və ticarət əlaqələri son illərdə ən yüksək səviyyəyə çatıb. Məqsədimiz, Türkiyə ilə iqtisadi əlaqələrimizin daha da gücləndirilməsidir",- deyə XİN rəhbəri bildirib.

Konakoviç qeyd edib ki, İsrailin bu gün HƏMAS-ı məhv etmək adı ilə xəstəxanalara, məktəblərə hücum etmək və mülki insanları öldürməsi qətiyyən qəbuledilməzdir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

​Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər