Bakı. TurkicWorld:
Ankara şəhərində 16-19 noyabr tarixlərində TRAVELEXPO Beynəlxalq Turizm və Səyahət Sərgisi, eyni zamanda səhiyyə turizmi zirvəsi keçiriləcək.
TurkicWorld xəbər verir ki, sammitdə 20 ölkədən 100-dən çox satınalma komitəsi iştirak edəcək. Hədəf sağlamlıq turizmində 3 milyard dollar gəlir əldə etməkdir.
Məlumata əsasən, Azərbaycan, Fransa, Almaniya, Hollandiya, İngiltərə, Bosniya və Herseqovina, Kosovo, Bolqarıstan, Gürcüstan, İran, İraq, Kamerun, Qana, Nigeriya, Seneqal, Uqanda, Zambiya, Tanzaniya və Keniyadan Ticarət Nazirliyi tərəfindən dəstəklənən 100 səhiyyə sektorunun nümayəndəsi sammitdə iştirak edəcək.
Sərgidə Ankaradan olan dövlət və özəl xəstəxanalar, klinikalar, səhiyyə müəssisələri və səhiyyə sektorunun nümayəndələri stendlər açaraq Ankaranın səhiyyə xidmətləri barədə məlumat verəcək. Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın məruzəçi olaraq qatılacağı sərgidə Ankara Ticarət Palatası 'Sağlamlıq Ankara' layihəsi ilə sağlamlıq turizmindəki mövqeyini səhiyyə sektoruna çatdıracaq.
Qeyd edək ki, Türkiyənin 2022-ci ildə sağlamlıq turizmi gəlirləri 2,1 milyard dollar olub.