Bakı. TurkicWorld:
Yunanıstanın baş naziri Kiriakos Miçotakis dekabr ayında Yunanıstanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
TurkicWorld-un məlumatına görə, Miçotakis Almaniyanın paytaxtı Berlində təşkil edilən paneldə Türkiyə-Yunanıstan əlaqələri ilə bağlı açıqlamalar verib.
"Son bir neçə ayda münasibətlərimizdə ciddi yumşalma müşahidə etdik. Yaxın Şərqdəki son böhrandan əvvəl prezident Ərdoğanla iki dəfə görüşdüm. Münasibətlərimizi normallaşdırmaq istəyirik",- deyə o bildirib.
Miçotakis qeyd edib ki, prezident Ərdoğanın HƏMAS ilə bağlı söylədiyi fikirlərlə razılaşmıram. Ancaq bu, bizim Yunanıstanda görüşməməyimiz üçün bir səbəb deyil. İkitərəfli əlaqələrimizdən və Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələrdən danışacağıq.
Qeyd edək ki, Yunanıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Yunanıstan və Türkiyə arasında 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının iki ölkənin razılığı ilə dekabrın 7-də Afinada keçiriləcəyi açıqlanıb.
Aytac Süleymanova
Twitter: a_alieva_