Türkiyə prezidenti Əlcəzairə rəsmi səfər edəcək

Türkiyə prezidenti Əlcəzairə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 21-də Əlcəzairə rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, səfər zamanı Ərdoğan, Əlcəzair prezidenti Əbdülmecid Tebbun ilə görüşəcək.

Görüş zamanı İsrailin Qəzzaya hücumları gündəmdə olacaq.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_