Bakı. TurkicWorld:
Əlcəzair prezident seçkilərinin vaxtını açıqlayıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Əlcəzair prezidenti Əbdülməcid Tebbunun sədrliyi ilə millət vəkilləri və ordunun baş qərargah rəisinin iştirak etdiyi iclasda bildirilib.
“Növbədənkənar prezident seçkilərinin 2024-cü il sentyabrın 7-də keçirilməsi qərara alınıb”- deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, Əbdülməcid Tebbun namizədliyini rəsmən açıqlamayıb.
Xatırladaq ki, Tebbune 2019-cu ilin dekabrında beş illik müddətə seçilib və Əlcəzair konstitusiyasına görə ikinci və son dəfə namizəd ola bilər.
Hafiz Rufizoğlu