Bakı. TurkicWorld:
2024-cü ilin yanvar-mart aylarında Əlcəzairdən Türk limanlarına 2 milyon 524 min 188 ton yük daşınıb.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Əlcəzairdən limanlara 61 min 467 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 702 min 477 ton yük çatdırıb.
Bu müddət ərzində Əlcəzair bayraqlı gəmilərlə Türkiyə limanlarına 760 min 244 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarına Əlcəzairdən 83 min 172 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyə limanları 36 milyon 684 min 911 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 965 min 1 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 719 min 910 ton olub.
Bununla yanaşı, 2024-cü ilin mart ayında Türkiyə limanlarından 5 milyon 699 min 607 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 102 milyon 714 min 524 ton yük qəbul edib.
Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 7 milyon 704 min 473 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 95 milyon 10 min 51 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarından 16 milyon 857 min 351 ton transit yük daşınıb.
2024-cü ilin mart ayında Türkiyə limanları 4 min 834 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 324, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 510 olub.
2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 13 min 718 gəmi qəbul edib.
"Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 372, Türkiyə bayrağı altında olan gəmilər isə 4 min 346 olub”, - deyə nazirlikdən bildirilib.