Son dəqiqə

Qazaxıstan Türk Dövlətləri Təşkilatı Milliyyetçi Harekat Partiyası (MHP) Devlet Bahçeli

Türkiyə Qəzzada uşaqların ölümünə səssiz qala bilməz - Bahçeli

Bakı. TurkicWorld:

Türkiyə fələstinli uşaqların ölümünə səssiz qala bilməz.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.

"Fələstində soyqırım yaşanır. Uşaqların öldürülməsinə səssiz qala bilmərik. Türkiyə İsrail terroruna qarşı qətiyyətlə dayanır. Davamlı sülh üçün hətta sabah belə gec ola bilər", - deyə o vurğulayıb.

Bahçeli onu da bildirib ki, gələcək əsr ikinci türk əsri olacaq.

"Noyabrın 3-də Qazaxıstanda Türk dövlətlərinin sammiti keçirilib. Zirvə dünyaya mesaj verdi. Türk dünyasının birlik ruhu hər sahədə reallaşıb. Növbəti əsr ikinci türk əsri olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 10 mini keçib.

Ləman Əsədli

X: Lamanasadli01

Mövzuya görə xəbərlər