Bakı. TurkicWorld:
Türkiyənin Baş Qərargah rəisi Metin Gürak rəsmi görüşlər keçirmək üçün Qətərə səfər edib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri (TSK) məlumat yayıb.
Məlumata əsasən, Metin Gürak 6 noyabr 2023-cü il tarixində rəsmi səfəri çərçivəsində Qətər Baş nazirinin müavini və müdafiə naziri Halid Bin Muhammed Əl-Attiyah və Baş Qərargah rəisi, Hava Pilotu Salem Bin Hamad Al-Aqeel Al-Nabet ilə görüşlər keçirib.
O, həmçinin, Qətər Hərbi Hava Qüvvələri Akademiyasını ziyarət edib.
Ləman Əsədli