Bakı. TurkicWorld:
Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış Bayraktar TB3 SİHA TCG Anadoluya yerləşdirildikdə böyük bir güc qüvvəsi yaradacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin Sədri Selçuk Bayraktar Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən təşkil edilən "Vizyoner23" Sammitində çıxışı zamanı deyib.
"Türkiyə dünyada ən yaxın rəqibindən (ABŞ) beş dəfə çox tanınan Pilotsuz Uçuş Aparatları istehsal edib. Texnologiyadan istifadə baxımından Türk orduları PUA-larla ilk müharibəni də Bayraktar TB2 ilə qazanıb. PUA-larımızda çox yüksək texnologiyalı elektro-optik sistemlərdən istifadə edirik. Bu gün yerli kameralarımız 10-dan çox ölkəyə ixrac edilib. Biz keçən həftə bu kameranın daha yeni versiyasını sınaqdan keçirdik və tezliklə istifadəyə veriləcək. ASELSAN şirkətindəki həmkarlarımızı bir daha təbrik etmək istərdim, çünki onların uğuru müəyyən mənada xarici təchizatçının uğursuzluğu idi", - deyə o bildirib.
S.Bayraktar onu da qeyd edib ki, Bayraktar TB3-ün hazırda üçüncü uçuş sınağı həyata keçirilir.
"Bayraktar TB3 SİHA dünyada öz sinfində birinci olacaq. O, qısa uçuş-enmə zolağına malik gəmilərdən qalxıb enmə qabiliyyətinə malik olacaq. Hazırda inkişaf işləri davam edir”, - deyə o əlavə edib.
Bayraktar onu da bildirib ki, bu gün dünyada yüksək texnologiyanı inkişaf etdirən xalqlar, dünyanın ən güclü silahlarını inkişaf etdirən ölkələr silahlardan soyqırım törədərək istifadə edir.
Qeyd edək ki, Bayraktar TB3 qısa müddətdə Bayraktar TB2 üzərində inkişaf etdirilib. Qatlana bilən qanadları, SATCOM yükü, 1 450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.
Bayraktar TB3-ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq, həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinin kənarında ünsiyyət qabiliyyətinə sahib olacaq.
Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.
Ləman Əsədli