KAAN Türkiyə Əsrini dəyişəcək - TUSAŞ direktoru

KAAN Türkiyə Əsrini dəyişəcək - TUSAŞ direktoru

Bakı. TurkicWorld:

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən milli döyüş təyyarəsi KAAN Türkiyə Əsrini dəyişəcək.

TurkicWorld xəbər verir ki, bu barədə TUSAŞ-ın direktoru Temel Kotil bildirib.

"KAAN-ın bir problem olarsa, pilotun özünü xilas etməsi üçün mühərriki və ejektor oturacağı var. Bu iki avadanlıq xaricdən tədarük edilir. Təyyarənin digər bütün hissələri isə Türkiyədə hazırlanır. KAAN-ın yerli mühərriki üçün işlər davam edir", - deyə o əlavə edib.

T.Kotil onu da əlavə edib ki, KAAN-ın uçuşa hazırlanması üçün sınaqlar davam edir və 2023-cü ilin sonunda uçuşu planlanır.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Ləman Əsədli

X: lamanasadli01