Bakı. TurkicWorld:
Cümhuriyyətin 100-cü ilinə daha güclü addım atırıq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi X sosial media hesabında bildirib.
O, həmçinin, Türkiyənin meqa layihələri barədə məlumat verib.
Həmin layihələrin siyahısını təqdim edirik:
1. Avrasiya Tuneli. Tunel qitələri birləşdirən ilk iki mərtəbəli avtomobil tunelidir. Avrasiya Tuneli Layihəsi Asiya və Avropanı dəniz dibindən keçən avtomobil yolu tuneli ilə birləşdirir. Nəqliyyat vasitələrinin sıx olduğu İstanbulda Kazlıçeşme-Göztəpə xəttinə xidmət edən Avrasiya Tuneli 14,6 kilometrlik marşrutu əhatə edir. Layihənin təməli 26 fevral 2011-ci ildə qoyulub.
2. İstanbul Hava Limanı. Türkiyənin İstanbul şəhərində yerləşən beynəlxalq hava limanı 29 oktyabr 2018-ci ildə açılıb. Hava limanı 2022-ci ildə 73,8 faiz artımla 64,3 milyon sərnişin qəbul edərək dünyanın yeddinci ən böyük hava limanına çevrilib.
3. Yusufeli su anbarı. Açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2022-ci ilin noyabr ayının 22-də Artvin şəhərinin Çoruh çayı üzərində gərçekləşdirilən Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır. 5 milyon insanın elektrik enerji ehtiyacını ödəyə biləcək bu anbar, 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.
4. TCG Anadolu. Tuzladakı Sedef Gəmiqayırma Zavodunda inşa edilən TCG Anadolu, uzunluğu 230 metr, eni 32 metr və ölçüsü 9 min 200 kvadratmetrdir. Uçuş göyərtəsinin yerləşdiyi gəmiyə 6 helikopter eyni anda enib qalxa bilməklə yanaşı, PUA-lar da yerləşdirilə bilər. 1200 hərbçinin olduğu TCG Anadolu-da 30 çarpayılıq xəstəxana və 2 əməliyyat otağı var. TCG Anadolu humanitar yardım və nəzarət gəmisi vəzifələrində, xüsusilə amfibiya əməliyyatlarında və hava əməliyyatlarında da istifadə edilə bilər.
5. TOGG. Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib. TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib. TOGG 2023-cü ilin yanvar-avqust aylarında T10X modeli ilə 3 min 400 tədarükü tamamlayaraq elektrikli avtomobil seqmentinin lokomotiv markası olmağı bacarıb.
6. Qara dəniz təbii qazı. 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. 2023-cü il aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib. Aprelin 20-də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qara dəniz qazının istismara verilməsi mərasimi keçirilib.
7. Yavuz Sultan Səlim Körpüsü. Dünyanın ən uzun körpüsü ünvanına sahib olan Yavuz Sultan Səlim Körpüsü 148 kilometrlik Odayeri-Paşaköy hissəsində yerləşir. 26 avqust 2016-cı ildə istifadəyə verilən Yavuz Sultan Səlim körpüsü 59 metr eni ilə dəmir yolunun keçməsi üçün nəzərdə tutulub. Körpünün qülləsinin hündürlüyü 330 metrdir.
8. Osmanqazi Körpüsü. Dünyanın ən böyük orta aşırımlı asma körpüləri arasında 4-cü yerdə olan Osmanqazi körpüsündə qüllənin hündürlüyü 252 metr, göyərtəsinin eni 35,93 metr, orta aşırımı 1550 metr, uzunluğu 2 min 682 metrdir. Körpü 30 iyun 2016-cı ildə türk motosiklet pilotu Kənan Sofuoğlu, prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımın iştirak etdiyi mərasimlə açılıb.
9. Çanaqqala körpüsü. "Çanaqqala 1915 körpü və avtomobil yolu" layihəsi 2020-ci ildə dünya miqyasında ən yaxşı ekoloji təcrübələri təbliğ və təşviq etmək məqsədi daşıyan "The Green Organisation" tərəfindən qızıl mükafata layiq görülüb. Layihə indiyə qədər 12 maliyyə, iki ətraf mühit və sosial, dörd məşğulluq və üç mühəndislik mükafatı qazanıb.
Ləman Əsədli
Twitter: lamanasadli01