Yaxın Şərq və Afrikanın problemlərinin həllində əməkdaşlıq vacibdir – Ömer Bolat

Yaxın Şərq və Afrikanın problemlərinin həllində əməkdaşlıq vacibdir – Ömer Bolat

Bakı. TurkicWorld:

Yaxın Şərq və Afrikanın problemlərinin həllində əməkdaşlıq vacibdir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Ticarət naziri Ömer Bolat deyib.

Bolat Misirin paytaxtı Qahirədə təmasları çərçivəsində Misirin Baş naziri Mustafa Medbuli ilə qapalı görüş keçirib.

“Misir öz regionunda sənaye və istehsaldan ən mühüm güclərdən biridir. Biz Misir və Türkiyə arasında hər sahədə əlaqələrin gücləndirilməsini hədəfləyirik. 10 ildən sonra iki ölkənin ticarət nazirləri kimi qarşılıqlı səfərlə başladığımız dialoq və əməkdaşlıq güclənir. Türkiyə və Misir iqtisadi və kommersiya inteqrasiyasında nə qədər çox güclərini birləşdirib əməkdaşlıq etsələr, bölgəmizdə bir o qədər çox nüfuza malik olacaq.” – deyə Ömer Bolat bildirib.

Görüşdən sonra Bolat Misirin Ticarət və Sənaye Naziri Əhməd Samir Saleh ilə Misir Beynəlxalq İstehsalat Konqresi və Sərgisi çərçivəsində keçirilən Türkiyə-Misir Ticarət Nümayəndəliyi və İkitərəfli İş Görüşmələrinin Açılış Proqramına qatılıb.

Bolat qeyd edib ki, iki ölkə arasında iqtisadi, ticarət və investisiya əlaqələri baxımından çox uzun bir yol var.

“Afrikanın bir çox ölkələrində birgə layihələr də çox vacibdir, biz bunları da müzakirə etdik. Bu çərçivədə biz misirli həmkarımız nazirlər və Misir baş nazirləri ilə görüşlərimizdə türk şirkətlərinin tələb etdiyi məsələləri dilə gətirdik.” – deyə nazir bildirib.

Hafiz Rufizoğlu