Bakı, AzerPress:
Türkiyə donanması Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Boğaziçidə 100 gəmi ilə tarixinin ən böyük rəsmi paradını keçirəcək.
AzerPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, rəsmi paradda gəmiləri Hərbi Hava Qüvvələri Komandanlığına məxsus F-16 və F-4 təyyarələri də daxil olmaqla 14 təyyarə müşayiət edəcək. “100-cü ildə 100 gəmi” adlı paradda TCG Anadolu, TCG Nusret, həmçinin 11 freqat, 10 sualtı qayıq, dörd korvet, dörd patrul gəmisi, 17 hücum kateri, səkkiz mina ov gəmisi, beş yanacaq gəmisi, altı amper desant gəmisi, 10 tank desant gəmisi, 18 köməkçi sinif gəmisi və dörd hücum kateri iştirak edəcək.
Bundan əlavə, gəmilər Bosfor boğazından cənub-şimal istiqamətində keçərkən mərasimi izləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da qarşılayacaq.
Paradda Türkiyə Silahlı Qüvvələrinin ən böyük döyüş gəmisi olan TCG Anadolunun da iştirakı gözlənilir.
Ləman Əsədli
Twitter: Lamanasadli01