Son dəqiqə

Türkiyə Türkiyə Silahlı Qüvvələri STM

TCG İstanbul Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesi ilk milli freqatı olan TCG İstanbulu Cümhuriyyətin 100-cü ildönümündə Türkiyə Silahlı Qüvvələrinə təhvil verəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin STM şirkətinin baş direktoru Özgür Güleryüz jurnalistlərə açıqlaması zamanı deyib.

"Dünyada öz döyüş gəmilərini dizayn edib istehsal edə bilən 10-a yaxın ölkə var və Türkiyənin də bu ölkələr arasındadır. Milli freqatın ixracı mütləq reallaşacaq. "Türk müdafiə sənayesinin Cümhuriyyətin 100-cü ildönümünə hədiyyələri" başlıqlı xəbər faylının birinci hissəsində Türkiyənin ilk milli freqatı TCG İstanbul iştirak edəcək",- deyə o bildirib.

Xatırladaq ki, TCG Anadolu gəmisi 10 aprel tarixində Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil verilib.

Məlumat üçün bildirək ki, TCG Anadolu-nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Yükdaşıma qabiliyyəti 27 min 436 ton olan gəmi ən azı 20,5 knot maksimum sürətlə və 16 knot iqtisadi sürətdə işləyə bilər.

Gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını (ZAHA), 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini nəqliyyat vasitələrinin göyərtələrində daşıya bilir.

Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 SİHA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 SİHA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək.Gəmidə tamhüquqlu xəstəxana və 2 əməliyyat otağı da var.

Gəminin tikintisinə 2015-ci ildə başlanılıb. Bayraktar TB3 hücum dronlarının ölkənin ən böyük hərbi gəmisinin göyərtəsində yerləşdirilməsi ilə bağlı iş bu il yekunlaşacaq.

Bundan əlavə, Hürjet döyüş təlim təyyarəsi də gəminin platformasına enə biləcək.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər