Fələstin probleminin ədalətli və qalıcı həlli üçün müsəlman ölkələrinin atacağı konkret addımlara ehtiyac var - Hakan Fidan

Fələstin probleminin ədalətli və qalıcı həlli üçün müsəlman ölkələrinin atacağı konkret addımlara ehtiyac var - Hakan Fidan

Bakı. TurkicWorld:

Fələstin probleminin ədalətli və qalıcı həlli üçün müsəlman ölkələrinin atacağı yeni üsullara və konkret addımlara ehtiyac var.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Ciddədə İƏT İcraiyyə Komitəsinin Xarici İşlər nazirləri səviyyəsində keçirilən iclasda iştirakı zamanı deyib.

"Qəzzada elektrik, yanacaq, qida və suyun kəsilməsi, dinc əhalinin, hətta məscidlərin və xəstəxanaların bombalanmasının heç bir halda bəhanəsi yoxdur. Baş verənlər bir daha göstərir ki, İslam dünyası birlikdə düşünməli, danışmalı və birlikdə hərəkət etməlidir",- deyə Hakan Fidan bildirib.

Qeyd edək ki, Hakan Fidan Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Açıq İştirak üzrə İclasında iştirak edib. İclasda İsrailin Qəzzada bütün Fələstin xalqını hədəf almasına qarşı İƏT tərəfindən atılacaq konkret addımlar müzakirə ediləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_