Son dəqiqə

Türkiyə Fələstin İsrail Yunanıstan Rəcəb Tayyib Ərdoğan Kiriakos Miçotakis

Ərdoğan Yunanıstanın Baş naziri ilə telefon danışığı aparıb

Bakı. TurkicWorld:

Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

Görüş zamanı İsrail və Fələstin arasındakı münaqişələr və regionda insan haqlarının pozulması müzakirə edilib.

Bir çox narahatlıq doğuran hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Ərdoğan bildirib ki, Türkiyə regional və qlobal miqyasda son dərəcə mənfi nəticələri ola biləcək bu münaqişəli prosesə son qoymaq üçün hər cür səy göstərəcək.

Görüşdə, riskin azaldılması istiqamətində addımların tez bir zamanda atılmasının düzgün olacağını bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər