Son dəqiqə

Türkiyə BMT Rəcəb Tayyib Ərdoğan Taxıl Dəhlizi Sazişi

Bölgədəki son münaqişələr aclıq böhranını daha da dərinləşdirib - Ərdoğan

Bakı. TurkicWorld:

Bölgədəki son müharibə və münaqişələr aclıq böhranını daha da dərinləşdirib.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Qida Günü konfransına göndərdiyi videomesajında bildirib.

"Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə başlatdığımız Qara dəniz taxıl dəhlizi layihəsi ilə 33 milyon ton taxıl daşınmasını təmin edərək qlobal aclıq böhranı təhlükəsinin qarşısını aldıq", - deyə o əlavə edib.

Bundan əlavə, R.T.Ərdoğan Türkiyənin hər bir məsələdə olduğu kimi qida və su böhranının həllində də məsuliyyəti öz üzərinə götürməkdən çəkinmədiyini vurğulayıb.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər