TOGG qlobal brendə çevriləcək - Kacır

TOGG qlobal brendə çevriləcək - Kacır

Bakı. TurkicWorld:

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG qlobal brendə çevriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

"TOGG ilk olaraq SUV modelini təqdim edib. Növbəti il isə sedan modelini təqdim edəcək. Artıq elektrikli və smart avtomobillər sektorda öz yerini tutmağa başlayır. Bu baxımdan, Türkiyə də bu inqilabın öncüllərindən biridir. Ölkəmiz texnologiyaya yatırımları ilə daha da güclənəcək", - deyə o əlavə edib.

Nazir Kacır onu da bildirib ki, Türkiyənin 81 şəhərində TOGG-un enerji doldurma məntəqələri fəaliyyət göstərir.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib. TOGG 2023-cü ilin yanvar-avqust aylarında T10X modeli ilə 3 min 400 tədarükü tamamlayaraq elektrikli avtomobil seqmentinin lokomotiv markası olmağı bacarıb.

Ləman Əsədli

Twitter: lamanasadli01