Son dəqiqə

Türkiyə Türkiyənin Ədliyyə Nazirliyi Yılmaz Tunc

Cənub sərhədimizdə terror dövlətinin olmasına icazə verməyəcəyik - Yılmaz Tunç

Bakı. TurkicWorld:

Cənub sərhədimizdə, düz yanımızda bir terror dövlətinin olmasına icazə verməyəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Nazir Tunç onu da vurğulayıb ki, Türkiyə terrorla mübarizəsini daha ciddi bir şəkildə davam etdirir.

Qeyd edək ki, 1 oktyabr tarixində Ankarada saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn iki terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb.

Araşdırma və DNT analizi nəticəsində hər iki terrorçunun PKK terror təşkilatının üzvü olduğu məlum olub.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər