Türkiyədə 92 İŞİD üzvü saxlanılıb

Türkiyədə 92 İŞİD üzvü saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin 26 vilayətində keçirilən antiterror əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 92 şübhəli üzvü saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz rəsmi X (Twitter) sosial media hesabında bildirib.

"Əməliyyatlar Aydın, Tekirdağ, Adana, Ankara, Antalya, Bolu, Bursa, Çorum, Diyarbakır, Düzce, Elazığ, Ərzurum, Qaziantep, Isparta, İstanbul, İzmir, Kırıkkale, Kilis, Konya, Manisa, Mersin, Ordu, Sakarya, Siirt, Sivas və Yalovada keçirilib. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz davam edəcək", - deyə türkiyəli nazir qeyd edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01