Son dəqiqə

BMT Volker Türk Qurani-Kərim

Qurani-Kərimin yandırılması hərəkətlərini qətiyyətlə rədd edirəm - BMT rəsmisi

Bakı. TurkicWorld:

Qurani-Kərimin yandırılması hərəkətlərini qətiyyətlə rədd edirəm.

TurkicWorld-un məlumatına görə, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.

“Qurani-Kərimin yandırılması kimi hörmətsizlik və aqressiv hərəkətləri, xüsusən də zorakılıq və parçalanmaya sövq edən davranışları qəti şəkildə rədd edirəm",- deyə Volker Türk bildirib.

İnsan Haqları Şurasının iyul sessiyasında Qurani-Kərimə edilən hücumlarla bağlı fövqəladə xüsusi iclas keçirildiyini xatırladan Türk, o vaxtdan bəri bəzi ölkələrdə Qurani-Kərimin açıq şəkildə yandırılmasının davam etdiyinə diqqət çəkib.

Məlumat üçün qeyd edək ki, 1 oktyabr tarixində İraq əsilli Salvan Momika Malmö şəhərinin Lorensborgstorget bölgəsində polisin himayəsi altında Qurani-Kərimə hücum etməyə cəhd edib.

Bunun qarşısını almağa çalışan 3 nəfər polis tərəfindən saxlanılıb.

Aksiyadan sonra zirehli polis maşını ilə hadisə yerini tərk edən Momikanı 10-u zirehli olmaqla 20 polis maşını və təxminən 100 polis müşayiət edib.

Mövzuya görə xəbərlər