Ersin Tatar TUSAŞ şirkətini ziyarət edib

Ersin Tatar TUSAŞ şirkətini ziyarət edib

Bakı. TurkicWorld:

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Ankaraya səfəri çərçivəsində Türkiyənin Türk Aerokosmik Sənayesi (TUSAŞ) şirkətini ziyarət edib.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Türkiyənin Müdafiə Sənayesi rəhbəri Haluk Görgün və TUSAŞ-ın baş direktoru Temel Kotil ilə şirkəti ziyarət edən prezident Tatar prototip təyyarələr, helikopterlər və digər aviasiya fəaliyyətləri haqqında məlumat alıb.

Məlumata əsasən, E.Tatar Türkiyənin dünyada sözü keçən dövlətlərdən biri olduğunu vurğulayıb.

"Türkiyə Respublikası inkişaf edən müdafiə sənayesi ilə təhlükəsizliyini təmin edir və bölgədə güclü ölkələrdən biri olduğunu göstərir. Dünyada söz sahibi olan Türkiyə Şimali Kipr Türk Respublikasına da bu sahədə sərmayələr yatıraraq Şimali Kiprin güclənməsinə dəstək ola bilər", - deyə o bildirib.

Ləman Əsədli
Twitter: Lamanasadli01