Türk dövlətlərinin birlikdə gördüyü işlər gələcək üçün önəmlidir - Numan Kurtulmuş

Türk dövlətlərinin birlikdə gördüyü işlər gələcək üçün önəmlidir - Numan Kurtulmuş

Bakı. TurkicWorld:

Türk dövlətlərinin birlikdə gördüyü işlər gələcək üçün önəmlidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

"Müstəqil türk dövlətləri arasında sıx əlaqələr və əməkdaşlıqlar təkcə Qafqaz və Orta Asiyada deyil, həm də Avrasiya coğrafiyasında və qlobal miqyasda sabitliyə, sülhə və əmin-amanlığa öz töhfəsini verir. Ümumi tarixi, mədəni və mənəvi irs üzərində qurulan bu əsərlər bugünkü beynəlxalq münasibətlər sistemində çox müstəsna və nümunəvi yer tutur. Türk Dövlətləri Parlament Assambleyası, Türk Dövlətləri Təşkilatı və digər türk əməkdaşlıq təşkilatları həyata keçirdikləri uğurlu fəaliyyətlə bu əməkdaşlığı institusional şəkildə həyata keçirirlər", - deyə o vurğulayıb.

Qeyd edək ki, 3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günüdür.

Ləman Əsədli
Twitter: Lamanasadli01