Türkiyənin yerli motorları müdafiə sənayesində də istifadə ediləcək

Türkiyənin yerli motorları müdafiə sənayesində də istifadə ediləcək

Bakı. TurkicWorld:

Türkiyənin yerli motorları müdafiə sənayesində də istifadə ediləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin TUSAŞ Mühərrik Sənayesi (TEI) şirkətinin İdarə Heyətinin Sədri Fahrettin Öztürk açıqlama verib.

"TEI-nin inkişaf etdirdiyi PD170 mühərriki AKSUNGUR Pilotsuz Uçuş Aparatı ilə 35 saatlıq uçuş həyata keçirib. Hədəfimiz 300 saatlıq uçuş müddətini tamamlamaqdır. Mühərrikləri inkişaf etdirərək xarici ölkələrə ixrac etməyi planlayırıq", - deyə o əlavə edib.

Öztürk onu da bildirib ki, GÖKBEY helikopterinin ilk uçuşu uğurla tamamlanıb.

"GÖKBEY yaxın illərdə TS1400 mühərriki ilə uçacaq. Bu istiqamətdə işlər davam edir. Bundan əlavə, KAAN milli döyüş təyyarəsinin mühərriki üzərində də müəyyən işlər görürük", - deyə o vurğulayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01