Türkiyə SpaceX və İlon Maskla əməkdaşlığı genişləndirir - Uraloğlu

Türkiyə SpaceX və İlon Maskla əməkdaşlığı genişləndirir - Uraloğlu

Bakı. TurkicWorld:

Türkiyə SpaceX şirkəti və İlon Maskla əməkdaşlığı genişləndirir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İlon Maska əlaqələri əməkdaşlıq planlarımızı daha da asanlaşdırır. Teslanın Türkiyəyə investisiyası ilə bağlı gündəm var", - deyə o əlavə edib.

Xatırladaq ki, İlon Mask TEKNOFEST-ə dəvət etdiyi üçün prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Tesla və SpaceX-in baş icraçı direktoru (CEO) İlon Mask gələn il TEKNOFEST-də şəxsən iştirak etməyi və Türkiyədə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözlədiyini bildirib.

Ləman Əsədli
Twitter: Lamanasadli01