Son dəqiqə

Avropa İttifaqı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Faruk Kaymakçı Brüssel Hakan Fidan

Ərdoğan Brüsseldə keçiriləcək Qlobal Gateway Forumunda iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər Naziri Hakan Fidan oktyabrın 25-26-da Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin ev sahibliyi ilə Brüsseldə keçiriləcək Qlobal Gateway Forumunda iştirak edəcəklər.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Avropa İttifaqı (Aİ) yanında daimi nümayəndəsi, səfir Faruk Kaymakcı məlumat verib.

"Türkiyənin bu forumda iştirakı, onun Şərq-Qərb əlaqəsində nə qədər vacib bir ölkə olduğunu göstərmək üçün mühüm fürsətdir. Türkiyə ilə Aİ arasında yüksək səviyyəli dialoqlar çərçivəsində noyabr ayında miqrasiya, təhlükəsizlik və kənd təsərrüfatı mövzularında görüşlərin keçirilməsi planlaşdırılır”,- deyə Kaymakcı bildirib.

Faruk Kaymakcı qeyd edib ki, Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır gələcək həftələrdə Aİ ilə innovasiya və araşdırma mövzularında təmasları artırmaq, həmçinin Türkiyənin iştirak etdiyi Ufuk Avrupa və Rəqəmsal Avropa proqramlarını həyata keçirmək üçün Brüsselə səfər edəcək.

Bundan başqa Kaymakcı əlavə edib ki, qarşıdakı həftələrdə Aİ ilə keçiriləcək görüşlərdə miqrasiya və təhlükəsizlik, həmçinin terrorla mübarizə mövzuları hərtərəfli müzakirə olunacaq.

Mövzuya görə xəbərlər