Bakı. TurkicWorld:
Hədəfimiz müdafiə sənayesində Türkiyənin tamamilə xaricə asılılığına son qoymaqdır.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən Teknofest-də çıxışı zamanı deyib.
"Biz Avropada nümunəvi bir sistem qurmuşuq. Hətta dünyanın inkişaf etmiş ölkələrində növbə ilə görülən işlərin əksəriyyətini telefonumuzdan və ya kompüterimizdən elektron hökumət portalından istifadə etməklə saniyələr ərzində yerinə yetirmək olur. İlk yerli elektrik avtomobilimiz olan TOGG-nin istehsalı artmaqda davam edir. ABŞ-a səfərimiz zamanı biz TESLA-nı ölkəmizə sərmayə qoymağa dəvət etdik. Kızılelma-nın testlərini qısa bir zamanda tamamlayırıq. İnventarımıza Kızılelmanın əlavə edilməsi ilə bu sahədə yeni bir çığır açırıq. Biz istehsal prosesini addım-addım həyata keçiririk",- deyə Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, müdafiə sənayesində 850 müxtəlif layihəni dəqiqliklə həyata keçiririk ki, bunların hamısı çox vacibdir. Müdafiə ixracında hədəfimiz 6 milyard dolları keçməkdir.
Qeyd edək ki, 27 sentyabr-1 oktyabr tarixlərində İzmirdə TEKNOFEST festivalı keçirilir.