Türkiyənin turbodizel aviasiya mühərriki uçuş rekordu qırıb

Türkiyənin turbodizel aviasiya mühərriki uçuş rekordu qırıb

Bakı. TurkicWorld:

TUSAŞ-ın dizayn etdiyi və istehsal etdiyi TEI-PD170 turbodizel aviasiya mühərriki AKSUNGUR PUA ilə 35 saat fasiləsiz uçuşla rekord qırıb.

TurkicWorld-un məlumatına görə, TUSAŞ Mühərrik Sənayesi, TEI-PD170-in AKSUNGUR PUA ilə 35 saat fasiləsiz uçuş həyata keçirdiyini açıqlayıb.

Bunun "milli aviasiya mühərriki ilə əldə edilən ən uzun uçuş müddəti" kimi qeydə alındığı bildirilib.

TEI-PD170 mühərriki AKSUNGUR ilə əvvəlki uçuşlarında 30 min fut hündürlüyü keçərək bu sahədə rekord qırıb.

Xatırladaq ki, AKSUNGUR Pilotsuz Uçuş Aparatı (PUA) ilk dəfə, 1 sentyabr tarixində pistonlu mühərriklə 30 min fut yüksəkliyə qalxıb.